055 225 04 05
Bizimlə əlaqə saxla
012 555 25 22
Bizimlə əlaqə saxla
Qiymətləndirmə fəaliyyəti haqqında
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında əmlakın qiymətləndirilməsi fəaliyyətinin (bundan
sonra “qiymətləndirmə fəaliyyəti” adlandırılacaqdır) ümumi prinsiplərini müəyyən edir, habelə
bununla bağlı yaranan təşkilati, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.
M a d d ə 1 . Qiymətləndirmə fəaliyyəti haqqında qanunvericilik
Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyəti haqqında qanunvericilik bu
qanundan, digər qanunvericilik aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
M a d d ə 2 . Qiymətləndirmə fəaliyyətinin subyektləri
Fəaliyyətləri bu qanunla tənzimlənən hüquqi və fiziki şəxslər (qiymətləndiricilər) və onların
xidmətlərinin istehlakçıları (sifarişçilər) qiymətləndirmə fəaliyyətinin subyektləridir.
M a d d ə 3 . Qiymətləndirmə fəaliyyətinin obyektləri
Qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri
hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir.
M a d d ə 4 . Mülkiyyətçilərin öz əmlakını qiymətləndirmək hüquqları
Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin öz əmlakını qiymətləndirmək
hüququ vardır. Qiymətləndirmənin nəticələri mühasibat və statistika uçotu və hesabatlarında
düzəlişlər etmək üçün istifadə oluna bilər.
M a d d ə 5 . Məcburi qiymətləndirmə halları
Aşağıdakı hallarda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır:
dövlət əmlakının dəyəri özəlləşdirilmə və ya etimadlı idarəetməyə verilmə məqsədilə
müəyyən edildikdə;
dövlət və bələdiyyə əmlakı girov məqsədləri üçün istifadə olunduqda;
dövlət və bələdiyyə əmlakı satıldıqda və ya borc öhdəlikləri ilə bağlı olaraq başqasına
verildikdə;
mülkiyyətçilərin əmlakı Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların
dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş hallarda və şərtlərlə dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün alındıqda;1
dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə;
icbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət
və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə;
məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın
qiymətləndirilməsinə zərurət olduqda; (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan
şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra
hakimiyyəti orqanı tərəfindən aparılır);
etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında
mübahisə yarandıqda;
boşanan ər-arvadın birinin və ya hər ikisinin tələbi ilə əmlakın bölüşdürülməsi zamanı bu
əmlakın dəyəri haqqında mübahisə yarandıqda;
səhmdar cəmiyyətlərinin birləşdirilməsi və ya ayrılması zamanı onlara məxsus əmlakın
dəyəri haqqında mübahisə yarandıqda;
vərəsəlik məsələləri ilə bağlı mübahisələrin həlli zamanı.
M a d d ə 6 . Qiymətləndirmə üçün əsas
Qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı
müqavilədir.
Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi
məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da
aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir.
M a d d ə 7 . Qiymətləndirmənin nəticələri haqqında hesabat
Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra
hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda
əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv
edilmədikdə, həqiqi sayılır.
Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər
dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda
nəzərə alına bilər.
M a d d ə 8 . Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında
məlumatın barəsində mübahisələr
Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi
ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır.
Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual
qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən
ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.
M a d d ə 9 . Qiymətləndiricinin hüquqları
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq
almış hüquqi və fiziki şəxslər qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilərlər.2
Qiymətləndiricinin hüquqları aşağıdakılardır:
qiymətləndirmə fəaliyyəti haqqında mövcud qanunvericilik çərçivəsində
qiymətləndirmənin forma və metodlarını müstəqil seçmək;
qiymətləndirmə keçirildiyi hallarda sifarişçidən zəruri olan sənədləri tələb etmək, əlavə
məlumat və izahatlar almaq;
dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün
zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq;
zəruri hallarda qiymətləndirmədə iştirak etmək üçün müqavilə əsasında mütəxəssisləri cəlb
etmək;
sifarişçi müqavilə şərtlərini pozduqda, qiymətləndirmə obyekti barəsində lazımi məlumat
vermədikdə, habelə qiymətləndiriciyə müvafiq iş və təhlükəsizlik şəraiti yaratmadıqda,
qiymətləndirməni həyata keçirməkdən imtina etmək.
M a d d ə 1 0 . Qiymətləndiricinin vəzifələri
Qiymətləndiricinin vəzifələri aşağıdakılardır:
qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə
haqqında qanunvericiliyinə riayət etmək;
qiymətləndirməni həyata keçirərkən sifarişçi və ya üçüncü şəxslərdən alınmış sənədlərin
saxlanılmasını təmin etmək;
obyektin qiymətləndirilməsinə mane olan səbəblər barədə dərhal sifarişçini xəbərdar etmək;
sifarişçinin xahişi ilə Azərbaycan Respublikasında qiymətləndirmə haqqında qanunvericilik
və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlar, müvafiq peşə birliklərinin
nizamnaməsi barədə ona məlumat vermək, qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququ
verən sənədləri təqdim etmək;
3
sifarişçinin tələbi ilə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün zəruri təhsil
alınmasını təsdiqləyən sənədləri təqdim etmək;
qiymətləndirmə prosesində sifarişçidən alınmış məxfi məlumatı açıqlamamaq;
məhkəmənin tələbi ilə özünün hesabatından, müvafiq informasiya və məlumatları təqdim
etmək;
sifarişçinin məlumat verməkdən imtina etməsi qiymətləndirməyə əsaslı təsir göstərərsə,
bunu hesabatında əks etdirmək;
qiymətləndirmənin obyektivliyinə mane olan hallar meydana çıxdıqda, qiymətləndirmədə
iştirakının qeyri-mümkünlüyü haqqında sifarişçiyə məlumat vermək.
M a d d ə 1 1 . Qiymətləndiricinin müstəqilliyi
Sifarişçinin və digər maraqlı şəxslərin qiymətləndiricinin fəaliyyətinə müdaxilə etməsinə yol
verilmir.
M a d d ə 1 2 . Qiymətləndirmə fəaliyyətinə məhdudiyyətlər
Qiymətləndirici qiymətləndirmə obyektində əmlak mənafeyi olan fiziki şəxs və ya hüquqi
şəxsin təsisçisi, mülkiyyətçisi, səhmdarı və ya vəzifəli şəxsi olduqda, eləcə də göstərilən
şəxslərin, yaxud sifarişçinin yaxın qohumu olduqda həmin obyektin qiymətləndirilməsini apara
bilməz.
Qiymətləndiricinin qiymətləndirmə obyektinə dair müqavilədən kənar öhdəlikləri və
qiymətləndirmənin nəticələrinə görə maddi marağı olduqda onun qiymətləndirməni
aparmasına icazə verilmir.
M a d d ə 1 3 . Qiymətləndirmə ilə bağlı xərclər
Göstərilən xidmətlərə görə qiymətləndiriciyə ödənilən haqq qiymətləndirmə obyektinin
yekun dəyərindən asılı olmamalıdır.
Qiymətləndirmə keçirilməsi ilə bağlı xərclər, o cümlədən ekspertin əməyi qanunvericiliyə
uyğun olaraq qarşılıqlı razılaşma əsasında ödənilməlidir.
M a d d ə 1 4 . Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyətinə nəzarət
Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti
orqanları tərəfindən həyata keçirilir.
M a d d ə 1 5 . Qiymətləndirmə standartları
Qiymətləndirmə standartları, normaları və peşəkar qiymətləndiricilərin hazırlanması
qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən
hazırlanır və təsdiq edilir.
M a d d ə 1 6 . Qiymətləndiricilərin birlikləri və onların vəzifələri
Qiymətləndiricilər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən peşə
mənafelərinin qorunması, beynəlxalq təcrübə mübadiləsi və peşəkarlıq səviyyəsinin
yüksəldilməsi, digər məqsədlər üçün öz birliklərini yarada bilərlər.
M a d d ə 1 7 . Qiymətləndirmə fəaliyyətinə xitam verilməsi
Qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinə aşağıdakı hallarda xitam verilir:
Azərbaycan Respublikasının qanunvericiliyinə görə qiymətləndirmə fəaliyyəti ilə məşğul
olan hüquqi şəxsin dövlət qeydiyyatından keçdiyi zaman saxtakarlıq faktı sübuta yetirildikdə; 4
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qiymətləndirmə fəaliyyəti ilə
məşğul olan hüquqi şəxs Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş
qaydada ləğv edildikdə; 5
hüquqi və fiziki şəxs tərəfindən həyata keçirilən qiymətləndirmə fəaliyyəti ilə əlaqədar
sənədlərdə məhkəmə tərəfindən saxtakarlıq aşkar edildikdə;
qiymətləndirici qiymətləndirmə fəaliyyətini həyata keçirmək üçün qanunvericiliklə ona
verilən səlahiyyətləri aşdıqda;
məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə.
M a d d ə 1 8 . Qiymətləndiricinin və sifarişçinin məsuliyyəti
Qiymətləndirici və sifarişçi bu Qanunun və qiymətləndirmə haqqında müqavilədə
göstərilən şərtlərin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət
daşıyır.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 25 iyun 1998-ci il
№ 510-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241)
2. 17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 436)
3. 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745)
4. 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)
5. 20 aprel 2012-ci il tarixli 336-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 5 iyun 2012-ci il, № 122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 6, maddə 502)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1 17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 436) ilə 5-ci maddəsinin beşinci abzası
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
mülkiyyətçilərin əmlakı dövlət və ya bələdiyyə ehtiyacları üçün satın alındıqda;
17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 5-ci maddəsinin beşinci
abzasından “və ya ictimai ehtiyaclar” sözləri çıxarılmışdır.
20 aprel 2012-ci il tarixli 336-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 5 iyun 2012-ci il, № 122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 6, maddə 502) ilə 5-ci maddəsinin beşinci
abzasında “Mülki Məcəlləsində” sözlərindən sonra “və “Torpaqların dövlət ehtiyacları üçün alınması
haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri əlavə edilmişdir.
2 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 9-cu maddənin birinci
hissəsindən “xüsusi razılıq almış” sözləri çıxarılmışdır.
3 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 10-cu maddənin beşinci
abzasından “qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədləri təqdim etmək”
sözləri çıxarılmışdır.
4 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 17-ci maddənin ikinci
abzasından “və fiziki” sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının qanunvericiliyinə görə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan
hüquqi və fiziki şəxsin dövlət qeydiyyatından keçdiyi zaman saxtakarlıq faktı sübuta yetirildikdə;
5 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 17-ci maddənin üçüncü abzası
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qiymətləndirmə fəaliyyəti ilə məşğul
olan hüquqi şəxsin müflisləşməsi faktı təsdiq edildikdə;
“İNVEST-EM” məhdud məsuliyyətli cəmiyyəti qiymətləndirmə şirkəti olaraq 2015-ci ildə təsis edilmişdir və qiymətləndirmə fəaliyyəti ilə məşğul olur. Müəssisə hazırda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, “Paşa Bank” ASC, “Ekspressbank” ASC və digər banklar və təşkilatlarla əməkdaşlıq edir.
ƏLAQƏ
- Ünvan: Alövsət Abdullrəhimov, Bakı
- Telefon: 012 555 25 22, 055 225 04 05
- E-poçt: [email protected]