055 225 04 05

Bizimlə əlaqə saxla

012 555 25 22

Bizimlə əlaqə saxla

Haqqımızda

“İNVEST-EM” məhdud məsuliyyətli cəmiyyəti qiymətləndirmə şirkəti olaraq 2015-ci ildə təsis edilmişdir və qiymətləndirmə fəaliyyəti ilə məşğul olur. Müəssisə hazırda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, “Paşa Bank” ASC, “Ekspressbank” ASC və digər banklar və təşkilatlarla əməkdaşlıq edir.
“İNVEST-EM” MMC 2015-ci ildə təsis edilsə də, şirkətimizin mütəxəssisləri 10-15 illik qiymətləndirici təcrübəsinə malikdirlər. Mütəxəssislər işlədikləri dövr ərzində çox sayda obyektlərin (böyük sənaye obyektləri, yaşayış, qeyri-yaşayış və müxtəlif daşınan əmlaklar- sənaye avadanlıqları, nəqliyyat vasitələri, inşaat mexanizmləri, orqtexnika, mebellər və s.) qiymətləndirilməsini icra etmişlər. Bu sahədə geniş təcrübəyə və qiymətləndirmə üzrə uyğun ixtisasa və sertifikata malikdirlər.
Bir qiymətləndirmə şirkəti olaraq “İNVEST-EM” MMC -nin əsas prinsipi şəffaflıq və reallıq və heç bir tərəf tutmadan qiymətləndirməni real bazara uyğun yerinə yetirməkdir. Məqsədimiz gələcəkdə də işimizi bu qayda və bu prinsiplərlə davam etdirməkdir.
“İNVEST-EM” MMC –nin əsas fəaliyyəti aşağıdakılardan ibarətdir:
Girov predimeti, əmlakın balansa qəbul edilməsi, vergiyə cəlb edilməsi, sığorta dəyərinin müəyyən edilməsi, alqı-satqı, pay bölgüsü, məhkəmə- ekspertiza üçün və s. məqsədlərlə daşınmaz və daşınan əmlakların qiymətləndirilməsi;
Daşınmaz və daşınan əmlakların inventarizasiyası;
Verilmiş kordinatlar əsasında torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi.

“İNVEST-EM” MMC –nin əsas fəaliyyəti

– Girov predimeti, əmlakın balansa qəbul edilməsi, vergiyə cəlb edilməsi, sığorta dəyərinin müəyyən edilməsi, alqı-satqı, pay bölgüsü, məhkəmə- ekspertiza üçün və s. məqsədlərlə daşınmaz və daşınan əmlakların qiymətləndirilməsi;

– Daşınmaz və daşınan əmlakların inventarizasiyası;

– Müəssisənin idarə edilməsi səmərəliliyinin yüksəldilməsi üçün qiymətləndirilməsi;

Verilmiş kordinatlar əsasında torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi.