“İNVEST-EM” məhdud məsuliyyətli cəmiyyəti qiymətləndirmə şirkəti olaraq 2015-ci ildə təsis edilmişdir və qiymətləndirmə fəaliyyəti ilə məşğul olur. Müəssisə hazırda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, “Paşa Bank” ASC, “Ekspressbank” ASC və digər banklar və təşkilatlarla əməkdaşlıq edir.
“İNVEST-EM” MMC 2015-ci ildə təsis edilsə də, şirkətimizin mütəxəssisləri 10-15 illik qiymətləndirici təcrübəsinə malikdirlər. Mütəxəssislər işlədikləri dövr ərzində çox sayda obyektlərin (böyük sənaye obyektləri, yaşayış, qeyri-yaşayış və müxtəlif daşınan əmlaklar- sənaye avadanlıqları, nəqliyyat vasitələri, inşaat mexanizmləri, orqtexnika, mebellər və s.) qiymətləndirilməsini icra etmişlər. Bu sahədə geniş təcrübəyə və qiymətləndirmə üzrə uyğun ixtisasa və sertifikata malikdirlər.