055 225 04 05

Bizimlə əlaqə saxla

012 555 25 22

Bizimlə əlaqə saxla

Daşınmaz əmlak

Mənzillərin müstəqil qiymətləndirilməsi Azərbaycanın daşınmaz əmlak bazarında ən çox tələbat olan xidmətlərdən biridir. Mənzilin dəyərinin qiymətləndirilməsi daşınmaz əmlak obyektinə mülkiyyət hüququ və ya qiymətləndirilən daşınmaz əmlak obyektinə münasibətdə digər hüquqların bazar dəyərinin müəyyən edilməsini nəzərdə tutur.

Mənzilin qiymətləndirilməsi zamanı bütün xüsusiyyət və detallar nəzərə alınır. Qiymət əmələgətirən amillərə aşağıdakılar aiddir: yerləşmə yeri, otaqların sayı, ümumi sahə (m2), rayonun əsas infrastruktur obyektlərindən uzaqlıq, planlama, işləmənin keyfiyyəti və dəyəri, yaşayış məkanın vəziyyəti, evin tikildiyi il və tipi (blok, kərpic, panel, monolit), evin mərtəbəliliyi və s.

Biz həm təkrar bazarda daşınmaz əmlakın, həm yeni tikililərin qiymətləndirilməsini aparırıq.

Biz standartdankənar hallarla işləyirik: qeyri-adi planlama və ya təkrar planlamanın olması, istənilən rayon və yaşayış məkanının tipləri – yaşayış rayonunda birotaqlı mənzildən tutmuş şəhərin mərkəzində lüks pentxausadək. Daxilə quraşdırılmış avadanlıq, texnika, mebel, premial işləməni nəzərə alırıq.

Lazım olduqda hesabatın əlavə nüsxəsi və ya surətini sifariş etmək mümkündür.

Biz qiymətləndirmənin şəffaf aparılması şərtlərinə əməl edərək bir iş günü ərzində hazır hesabatı təklif etməyə hazırırq.

Daşınmaz əmlak

– Girov dəyərinin müəyyən edilməsi

– İpoteka sövdələşməsi həyata keçirilən zaman dəyərin təsdiqlənməsi

– Əmlak mübahisələri zamanı məhkəmə orqanları üçün bazar dəyərinin müəyyən edilməsi

– Mənzilin miras alınması

– mənzil icarəsi (icarə haqqının qiymətləndirilməsi)