055 225 04 05

Bizimlə əlaqə saxla

012 555 25 22

Bizimlə əlaqə saxla

Konsaltinq

Daşınmaz əmlakın konsaltinqi daşınmaz əmlak obyektlərinin əldə edilməsi, idarə olunması, inkişaf etdirilməsi və satışı məsələləri üzrə xidmətlərin geniş spektridir. Şirkətimizin konsaltinq sahəsində mühüm rəqabət üstünlüyü bütün daşınmaz əmlak tipləri ilə geniş iş təcrübəsidir. Şirkətimizin mütəxəssisləri tikinti və memarlıq, marketinq, dəyər mühəndisliyi və texniki nəzarət, habelə hüquqi müşayiət sahələrində etibarlı tərəfdaşlara malikdir. Şirkətimiz böyük layihələrlə iş təcrübəsinə malikldir, bu da qoyulmuş vəzifələri maksimum səmərəli şəkildə həll etməyə imkan verir və hətta ən mürəkkəb və qeyri-standart vəziyyətlərdə nəticənin əldə olunmasını təmin edir.

Şirkətimiz daşınmaz əmlakın konsaltinqi sahəsində həm profil, həm də qeyri-profil daşınmaz əmlak obyektlərinin kompleks idarə olunmasını təklif edir, o cümlədən:

“İNVEST-EM” MMC 2015-ci ildə təsis edilsə də, şirkətimizin mütəxəssisləri 10-15 illik qiymətləndirici təcrübəsinə malikdirlər. Mütəxəssislər işlədikləri dövr ərzində çox sayda obyektlərin (böyük sənaye obyektləri, yaşayış, qeyri-yaşayış və müxtəlif daşınan əmlaklar- sənaye avadanlıqları, nəqliyyat vasitələri, inşaat mexanizmləri, orqtexnika, mebellər və s.) qiymətləndirilməsini icra etmişlər. Bu sahədə geniş təcrübəyə və qiymətləndirmə üzrə uyğun ixtisasa və sertifikata malikdirlər.
Bir qiymətləndirmə şirkəti olaraq “İNVEST-EM” MMC -nin əsas prinsipi şəffaflıq və reallıq və heç bir tərəf tutmadan qiymətləndirməni real bazara uyğun yerinə yetirməkdir. Məqsədimiz gələcəkdə də işimizi bu qayda və bu prinsiplərlə davam etdirməkdir.
“İNVEST-EM” MMC –nin əsas fəaliyyəti aşağıdakılardan ibarətdir:
Girov predimeti, əmlakın balansa qəbul edilməsi, vergiyə cəlb edilməsi, sığorta dəyərinin müəyyən edilməsi, alqı-satqı, pay bölgüsü, məhkəmə- ekspertiza üçün və s. məqsədlərlə daşınmaz və daşınan əmlakların qiymətləndirilməsi;
Daşınmaz və daşınan əmlakların inventarizasiyası;
Verilmiş kordinatlar əsasında torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi.

Vergi konsaltinqi

Vergiqoyma sahəsində xidmətlərin göstərilməsi zamanı şirkətimizin mütəxəssisləri hər bir müştərinin sahəvi spesifikliyini, təşkilati strukturunu və konkret biznes vəziyyətini nəzərə alırlar. Vergi məsləhətçiliyi sahəsində çoxillik təcrübəmiz bizə Azərbaycan Respublikasının vergi qanunvericiliyi və beynəlxalq vergi qanunvericliyi və müxtəlif vəziyyətlərdə onun normalarının tətbiqi təcrübəsi  sahəsində biliklərimizə əsaslanan optimal ekspert qərarları təqdim etməyə imkan verir.

 

Konsaltinq

– Potensial bazarın strukturunu, həcmini və tələblərini müəyyən etmək məqsədilə marketinq tədqiqatları;

– Marketinq, logistik, təşkilati, maliyyə məsələlərinin və mövcud biznesə inteqrasiya məsələlərinin işlənilməsini, habelə layihənin səmərəliliyinin müəyyənləşdirilməsini əhatə edən biznes-planın işlənib hazırlanması;

– Layihənin reallaşdırılması ilə bağlı risklərin təhlili, nəzərə alınması və onların azaldılması üzrə tədbirlərin işlənib hazırlanması;

– Layihənin potensial investorlara və kreditorlara təqdimatı.