055 225 04 05

Bizimlə əlaqə saxla

012 555 25 22

Bizimlə əlaqə saxla

Qiymətləndirmə

Hər bir insan fəaliyyəti müəyyən məqsədə xidmət edir. Bu baxımdan əmlakın qiymətləndirilməsi fəaliyyəti də istisna olunmur. Ona görə də qiymətləndirmə fəaliyyətinin hansı niyyət və məram üçün yerinə yetirildiyinin müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir. Sifarişçi qiymətləndirmə fəaliyyətinin nəticələrindən müxtəlif məqsədlər üçün istifadə edir. Daha doğrusu, perspektivdə nəzərdə tutuduğu işlər ona məxsus əmlakın qiymətləndirilməsini zəruri edir.

Hazırda qiymətləndirmə fəaliyyəti çox geniş məqsədlər üçün – əmlakın vergitutma bazasının müəyyənləşdirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, əmlakın girov qoyulması, əmlakın sığorta olunması, investisiya qoyuluşları, hüquqi şəxslərin yaradılması və yenidən təşkili (ləğvi, ayrılması, birləşməsi), habelə məhkəmələrdə əmlak mübahisələri zamanı aparılır. Əmlak bazarının inkişafı qiymətləndirmə məqsədlərinin əhatə dairəsinin genişlənməsinə səbəb olur və yeni qiymətləndirmə növlərini meydana çıxarır.

Əmlakın hansı məqsəd üçün qiymətləndirilməsi tərəflər (qiymətlədirici və sifarişçi) arasında əmlak qiymətləndirilməsi üzrə bağlanacaq müqavilədə müəyyənləşdirilməlidir. Çünki, qiymətləndirmə fəaliyyətinin məqsədi qiymətləndirmənin yanaşma və metodlarının seçilməsi, dəyər növlərinin seçilməsi üçün əsas olur. Digər tərəfdən isə ayrı-ayrı məqsədlər üçün qiymətləndirmə aparılarkən müxtəlif qanunvericilik aktlarına istinad olunur. Özəlləşdirilən əmlakın qiymətləndirilməsinin hüquqi əsasları vergi məqsədləri üçün əmlakın qiymətləndirilməsinin hüquqi əsaslarından fərqlidir. Bu baxımdan, qiymətləndirmənin məqsədindən və növündən asılı olmayaraq əmlakın qiymətləndirilməsinin ümumi qaydaları olmalı və o, bu əmlakın bazar dəyərinin aşkara çıxarılmasına xidmət etməlidir.

Qiymətləndirmə

– Dövlət əmlakının dəyəri özəlləşdirmə və ya etimadlı idarəetməyə verilmə məqsədi ilə müəyyən edildikdə

– Dövlət və bələdiyyə əmlakı satıldıqda, girov qoyulduqda və ya boc öhdəlikləri ilə əlaqədar olaraq başqasına verildikdə

– Dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə

– İcbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə

– Məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət yarandıqda